ATU-da yaşıl texnologiya və startap ideyalarını birləşdirən müsabiqə keçiriləcək
Azərbaycan Texnologiya Universitetinin (ATU) ölkənin yaradıcı və təşəbbüskar tələbələrini hər il bir araya gətirdiyi ənənəvi “GreenTech” Startap və Yaşıl Texnologiyalar Müsabiqəsi bu dəfə yenilənmiş format və yeni yanaşma ilə təşkil olunacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Kapital Bankın dəstəyi ilə baş tutacaq "GreenTech III" davamlı inkişaf, ekoloji məsuliyyət və texnoloji innovasiyaları bir platformada birləşdirəcək.
Müsabiqənin istiqamətləri:
Alternativ enerji və təmiz dünya;
Bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və ekoloji texnologiyalar;
Rəqəmsal həllər və robototexnika;
Süni intellekt, avtomatlaşdırma, proqram təminatı və robot sistemləri;
İnklüziv və sosial innovasiyalar;
Cəmiyyətin müxtəlif təbəqələri üçün əlçatan və faydalı texnoloji həllər.
Müsabiqə indiyədək heç bir platformada təqdim olunmamış layihələr üçün açıqdır.
Qeydiyyat https://atu.edu.az/greentech veb-səhifəsi vasitəsilə 6 aprelədək davam edəcək. Yarışın final mərhələsi 24 aprel 2026-ci il tarixində Azərbaycan Texnologiya Universitetində keçiriləcək.Komandaların Bakıdan Gəncəyə və əks istiqamətdə transferi təşkil olunacaq.



