Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq

21 Sentyabr, 2026 - 14:50
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq

Sentyabrın 22-dən 27-dək Çinin Şanxay şəhərində nüfuzlu 48-ci "WorldSkills" beynəlxalq peşə yarışları keçiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, dünyanın ən istedadlı gənclərini bir araya gətirən bu nəhəng platformada 70-dən çox ölkə və region bir araya gələcək.

1400-dən çox iştirakçı öz bacarıqlarını nümayiş etdirəcək. Ümumilikdə 64 fərqli ixtisas üzrə gərgin mübarizənin aparıldığı bu tədbirdə yarışçılar, məşqçilər və təşkilat heyəti də daxil olmaqla 6 000-dən çox qeydiyyatdan keçmiş şəxs iştirak edəcək.

Azərbaycan da bu mötəbər yarışda 7 fərqli ixtisas istiqaməti üzrə rəsmi şəkildə təmsil olunur və qlobal miqyasda öz peşəkar potensialını nümayiş etdirəcək.