Azərbaycan dili imtahanında iştirak üçün qeydiyyat başa çatır

2 İyun, 2026 - 09:54
Azərbaycan dili imtahanında iştirak üçün qeydiyyat başa çatır

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 3-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər 2 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər. 

DİM-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 21-də keçiriləcək.