“Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi keçirilib

16 Dekabr, 2024 - 17:45

Dekabrın 16-da Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

“Azərbaycan müəllimi* xəbər verir ki, tədbirin təşkilində məqsəd jurnalın təhsil sisteminin yenilənməsi, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsi, mütərəqqi tədris metod və formalarının təbliği, qabaqcıl təcrübənin öyrənilib yayılması, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunması və elmi-pedaqoji təfəkkürün formalaşmasındakı əhəmiyyətinə  və tarixi roluna diqqət çəkməkdir.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əvvəlcə açılış nitqi ilə “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan çıxış edib. Jurnalın 100 illik tarixi fəaliyyətinə toxunan Arzu Soltanın sözlərinə görə, təhsillə bağlı aparılmış tədqiqatlar müasir dünyada hər bir uğurun təməlində təhsilin dayandığını göstərir. Məhz bu həqiqətləri cəmiyyətə çatdırmaq və müəllimlərə dəstək olmaq “Azərbaycan məktəbi” jurnalının əsas məqsədidir.

Baş redaktor sonda yubiley tədbirinin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

Ardınca jurnalın tarixi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Təbrik nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycan məktəbi" jurnalının uzun illər ərzində Azərbaycan təhsilinin inkişafında mühüm rol oynadığını, jurnalın təhsil sahəsində cərəyan edən prosesləri, yenilikləri və problemləri işıqlandırmaqla yanaşı, maarifçilik missiyasını da layiqincə yerinə yetirdiyini diqqətə çatdırıb.  

"Azərbaycan məktəbi" jurnalının uğurunun həm də tarixi köklərə bağlı olduğunu qeyd edən Emin Əmrullayev sonda jurnalın kollektivini təbrik edib və onlara uğurlar arzulayıb.

Daha sonra Nobel mükafatçısı, professor, jurnalın redaksiya şurasının üzvü Aziz Sancarın “Azərbaycan məktəbi” jurnalının 100 illiyi münasibətilə təbrik məktubu səsləndirilib. 
Jurnalın redaksiya heyətinin üzvü əməkdar müəllim Ənvər Abbasov qeyd edib ki, tədqiqatçılıq dəyərli bir fəaliyyət sahəsidir və onun nəticələrinin ictimaiyyətə çatdırılması olduqca vacibdir:
“Azərbaycan məktəbi“ jurnalı bu sahədə mühüm bir platforma rolunu oynayır. Bu, Azərbaycan elminin və təhsilinin inkişafı baxımından çox böyük əhəmiyyət daşıyır.
Jurnalın digər redaksiya heyəti üzvü , elmlər doktoru Hikmət Əlizadə bildirib ki, Azərbaycan təhsilində inkişafın davamlı olmasını təmin etmək üçün milli və beynəlxalq səviyyədə nəşr olunan materiallara, layihələrə və elmi işlərə xüsusi önəm verilməlidir:
“Bu nəşrlər təhsilin keyfiyyətini artırmaqla yanaşı, alimlərimizin dünya elmi arenasında tanınmasına da xidmət edir. Milli dildə yaradılan elmi və pedaqoji materiallar Azərbaycanın təhsil və mədəniyyət sahələrində özünəməxsus yerini qoruyub saxlayır və dəyərli miras kimi gələcək nəsillərə ötürülür”.

Tədbirdə çıxış edən digər qonaqlar da öz növbələrində "Azərbaycan məktəbi" jurnalının maarifləndirmə işlərindəki dəyərli töhfələri, müəllimlərə dəstək kimi mühüm vəzifələri barədə danışıblar.

Çıxışlardan sonra jurnalın bir qrup əməkdaşına 100 illik münasibətilə  Elm və Təhsil Nazirliyinin "Fəxri Fərman" və "Təşəkkürnamə"si təqdim edilib.

Tədbirin rəsmi açılış hissəsindən sonra “Elmi-pedaqoji nəşrlərin əhəmiyyəti, praktik yanaşmalar və təcrübələr” mövzusunda panel müzakirə təşkil edilib.

“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltanın moderatorluğu ilə keçirilən paneldə Təhsil İnstitutunun direktoru müavini, elmlər doktoru, jurnalın redaksiya heyətinin üzvü İlham Cavadov, ADA Universitetinin dekanı, jurnalın redaksiya heyətinin üzvü Ülviyyə Mikayılova, pedaqogika üzrə fəlsəfə doktoru, Sumqayıt Dövlət Universitetinin prorektoru, jurnalın redaksiya heyətinin üzvü Könül Abaslı və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin əməkdaşı, Dövlət Proqramı məzunu Natəvan Qocayeva spiker qismində iştirak edib, mövzu ətrafında fikirlərini bildiriblər. 

Panel müzakirəsində iştirak edən alim və doktorantlar, təhsil ixtisasları üzrə Dövlət Proqramı məzunları da öz növbələrində Azərbaycanda elmi potensialın artırılması istiqamətində təkliflərini səsləndiriblər.