“Azərbaycan müəllimi” qəzeti ilə Təhsil Şurası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

23 Oktyabr, 2026 - 11:23
“Azərbaycan müəllimi” qəzeti ilə Təhsil Şurası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

“Azərbaycan müəllimi” qəzeti redaksiyası ilə Təhsil Şurası İctimai Birliyi arasında təhsil sahəsində informasiya və maarifləndirmə fəaliyyətinin genişləndirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və təhsil ictimaiyyəti ilə kommunikasiyanın gücləndirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu “Azərbaycan müəllimi” qəzetinin baş redaktorun vəzifəsini müvəqqəti icra edən Çingiz Səfərli və Təhsil Şurası İctimai Birliyinin sədri professor Hikmət Əlizadə imzalayıblar.

Əməkdaşlığın əsas məqsədi təhsil siyasəti və təcrübəsi ilə bağlı etibarlı informasiyanın ictimaiyyətə çatdırılması, müəllim peşəsinin nüfuzunun artırılması, qabaqcıl pedaqoji təcrübələrin təbliği, elmi tədqiqatların nəticələrinin geniş auditoriyaya təqdim edilməsi və təhsil sahəsində ictimai dialoqun inkişaf etdirilməsidir.

Memorandum çərçivəsində təhsilin aktual problemləri, həyata keçirilən islahatlar, innovativ tədris metodları və qabaqcıl beynəlxalq təcrübələrlə bağlı müsahibələrin, analitik məqalələrin, ekspert rəylərinin, reportajların və xüsusi media layihələrinin hazırlanması planlaşdırılır. Eyni zamanda, uğurlu müəllimlərin, təhsil idarəçilərinin və tədqiqatçıların fəaliyyətinin geniş ictimaiyyətə tanıdılması diqqət mərkəzində olacaq.

Əməkdaşlıq çərçivəsində təhsilin keyfiyyəti, inklüziv təhsil, rəqəmsal savadlılıq, süni intellektin təhsildə tətbiqi, müəllim hazırlığı və təhsil idarəetməsi kimi aktual istiqamətlərdə maarifləndirici və elmi-populyar məzmunların hazırlanması da nəzərdə tutulur.

Memorandumun mühüm istiqamətlərindən biri müəllimlərin və gənc təhsil tədqiqatçılarının peşəkar inkişafına dəstək göstərilməsidir. Bu məqsədlə publisistik və elmi-populyar yazı bacarıqlarının inkişaf etdirilməsi, ustad dərslərinin, təlimlərin, yaradıcılıq müsabiqələrinin və müxtəlif maarifləndirici tədbirlərin təşkili planlaşdırılır.

Bununla yanaşı, tərəflər media və informasiya savadlılığının artırılması, təhsil sahəsində dezinformasiyanın qarşısının alınması, faktların yoxlanılması mədəniyyətinin təşviqi, eləcə də jurnalistlərin təhsil mövzularında peşəkar biliklərinin genişləndirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

Birgə fəaliyyətin digər istiqaməti təhsil ictimaiyyətini maraqlandıran məsələlər ətrafında açıq müzakirələrin, konfransların, forumların, dəyirmi masaların və ictimai dialoq platformalarının təşkilidir. Tərəflər həmçinin yerli və beynəlxalq layihələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəklər.