Azərbaycanda ilk dəfə Naxçıvanda "Sağlam məhəllə"lər yaradılıb

6 Fevral, 2026 - 15:50
Azərbaycanda ilk dəfə Naxçıvanda "Sağlam məhəllə"lər yaradılıb

"Sağlam məhəllə" layihəsi ölkənin müxtəlif bölgələrində həyata keçiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvanda səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir bildirib ki, sözügedən layihə ölkədə idmanın kütləviliyinə yönələcək:

"Sevindirici haldır ki, uşaqlar idmanın kütləviliyinə yönəlmiş bu layihəyə böyük maraq göstərirlər. Artıq uşaqlar asudə vaxtlarını sağlam və faydalı şəkildə keçirmək üçün məhəllə idman məkanlarından istifadə edəcəklər. Qarşıdakı illərdə layihənin miqyasının genişləndirilməsi nəzərdə tutulur. İlk mərhələdə Naxçıvanda icra olunan belə layihələr gələcəkdə Azərbaycanın digər bölgələrində də həyata keçiriləcək".

Qeyd edək ki, fevralın 6-da Naxçıvan Muxtar Respublikası (MR) Babək, Culfa və Şahbuz rayonlarında "Sağlam məhəllə"lərin açılışı olub.