AzMİU-da elmi seminar keçirilib

16 Aprel, 2025 - 11:21
AzMİU-da elmi seminar keçirilib
AzMİU-da elmi seminar keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasında elmi seminar keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib kİ, seminarda kafedranın dosenti Samirə Əkbərova “Asma havalandırılan fasadların texniki xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə zamanı dosent Samirə Əkbərova asma havalandırılan fasad sistemlərinin texniki göstəriciləri, tətbiq sahələri, müasir tikinti proseslərindəki əhəmiyyəti barədə ətraflı məlumat verib. Mövzu seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.

Yekunda elmi seminarda iştirak edən professor-müəllim heyəti məruzə ətrafında fikir mübadiləsi aparıblar, məruzəçi tərəfindən seminar iştirakçılarının sualları cavablandırılıb.