Bağça müdiri vəzifəsinə işə qəbul üzrə imtahanı ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.



