Bağçalarda işləyən 5 min nəfərin ixtisasında bu sahə ilə bağlı uyğunsuzluq var - Agentlik direktoru

29 Oktyabr, 2024 - 13:12

Bağçalarda işləyən pedaqoji və tərbiyəçi-müəllim heyətindən təxminən 5 min nəfərin ixtisaslarında bu sahə ilə uyğunsuzluq var.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 1 illik fəaliyyətinə dair təşkil olunan brifinqdə Agentliyin direktoru Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, onlar arasında keçirilən diaqnostik qiymətləndirmənin nəticəsi var və bu, təhlil edilir: "Yekunla bağlı ictimaiyyətə yaxın vaxtlarda əlavə məlumat veriləcək".