Sənaye və İnnovasiyalar üzrə BDPTM “Improtex Industries”lə əməkdaşlığı genişləndirir

4 Fevral, 2026 - 16:43
Sənaye və İnnovasiyalar üzrə BDPTM “Improtex Industries”lə əməkdaşlığı genişləndirir

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndə heyəti tərəfdaş şirkət “Improtex Industries”ə işgüzar səfər həyata keçirib.

"Azərbaycan müəllimi" xəbər verir ki, səfər çərçivəsində keçirilən görüşdə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və mövcud əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində məhsuldar müzakirələr aparılıb. 

Görüş zamanı Mərkəzin tələbələrinin sənayenin real tələblərinə uyğun ixtisaslar üzrə işlə təmin olunması, istehsalat mühitinə daha sürətli inteqrasiyası, həmçinin əmək bazarının ehtiyaclarına cavab verən ixtisasartırma və peşəkar inkişaf təlimlərinin təşkili əsas müzakirə mövzuları olub. 

Eyni zamanda, təhsil və sənaye arasında körpünün gücləndirilməsi, praktiki biliklərin artırılması, tələbələrin real iş mühiti ilə tanışlığı və uzunmüddətli əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi özəl sektorla əməkdaşlığın genişləndirilməsini prioritet istiqamət kimi davam etdirərək, tələbələr üçün dayanıqlı məşğulluq və inkişaf imkanlarının yaradılmasını hədəfləyir. 