Bakıda vakant bağça müəllimi yerlərinin siyahısı açıqlandı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər aprelin 8-dən 14-dək müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər.
İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:
Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);
Şəxsiyyət vəsiqəsinin surəti;
İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);
Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);
Diplomun surəti;
Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.
Müsabiqədə iştirak etmək istəyən namizədlər ərizə forması və vakant yerlər barədə məlumatla aşağıdakı link vasitəsilə tanış ola bilərlər.
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə təqdim olunan vakant yerlər
Ərizə forması



