Baş direktor: Yüksək Texnologiyalar Parkının gələcək inkişafı üçün yeni strateji yol xəritəsi tərtib edilib

8 Oktyabr, 2024 - 17:32

“Yüksək Texnologiyalar Parkı (YTP) 2022-ci ildən Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. YTP-nin gələcək inkişafı üçün yeni strateji yol xəritəsi tərtib edilib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə keçirilən Təhsilin İnkişafı Forumunda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov deyib.

O bildirib ki, yeni strateji plana ǝasasən, Yüksək Texnologiyalar Parkının 4 əsas hədəfi var. Onlar insan kapitalının inkişafı, tədqiqat imkanlarının artırılması, tədqiqatların kommersiyalaşdırılması, elm, təhsil ve sənaye arasında biliklərin transferi, bilik iqtisadiyyatına əsaslanan dayanıqlı iş yerlərinin yaradılmasıdır.

Baş direktor həmçinin SABAH.city haqında da ətraflı məlumat verərək bu layihəsinin İçəri şəhər böyüklüyündə bir kompleks olduğunu qeyd edib:

“SABAH.city-də qurulacaq infrastruktur əhatəli olacaq. Orada ofis məkanları, “coworking” mərkəzləri, tədqiqat və inkşaf laboratoriyaları, tədris məkanları, ictimai iaşə obyektləri və idman mərkəzləri olacaq. Ali təhsil müəssisələri, elmi-tədqiqat müəssisələri, özəl təhsil müəssisələri SABAH.city-nin rezidenti ola bilərlər”.