BƏƏ ilə Azərbaycan arasında elm və ali təhsil üzrə əməkdaşlıq müzakirə edilib

5 Fevral, 2026 - 09:23
BƏƏ ilə Azərbaycan arasında elm və ali təhsil üzrə əməkdaşlıq müzakirə edilib

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlik naziri, ali təhsil və tədqiqat naziri vəzifəsini icra edən Abdulrahman Al Avar ilə görüşüb. 

"Azərbaycan müəllimi" xəbər verir ki, görüş çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan Respublikası arasında ali təhsil və elm sahəsində həyata keçirilməsi nəzərdə tutulan birgə təşəbbüslər daxil olmaqla, iki ölkə arasında elm və ali təhsil sahələrində əməkdaşlıq üzrə ətraflı müzakirələr aparılıb.