Beyləqanlı şagirdlər natiqlik və debat bacarıqları qazanacaqlar

29 Dekabr, 2025 - 15:15
Beyləqanlı şagirdlər natiqlik və debat bacarıqları qazanacaqlar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi” çərçivəsində qalib olan “Gənclər, kəndimizə gələcək qurun!” adlı layihənin Beyləqan rayonu Şahsevən kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbində açılış mərasimi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, layihənin açılış mərasimində Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan Rayon Təhsil Sektorunun müdiri Elvin Abbasov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə nümayəndəsi Məhəmməd Qələndərov, layihə rəhbəri Zaur Qədirov, Şahsevən kənd 2 nömrəli tam orta məktəbin direktoru İlahə Səfərova və müəllimlər iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, layihənin məqsədi Birinci Şahsevən kənd G.Əsədov adına 1 nömrəli, Əli Rüstəmov adına I Şahsevən kənd 2 nömrəli, Şahsevən kənd Fazil Miriyev adına 3 nömrəli,  D.Əliyev adına 2-ci Şahsevən kənd tam orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin liderlik, komanda işi, emosional zəka və ingilis dili üzrə ünsiyyət bacarıqlarını inkişaf etdirərək, onlara beynəlxalq ünsiyyət mühitinə uyğun natiqlik və debat bacarıqları qazandırmaqdır.

Həmçinin vurğulanıb ki, layihə kənd bölgələrində yaşayan gənclərin təhsil və karyera perspektivlərini genişləndirəcək və onlara müasir iş bazarına uyğun bacarıqları qazandıracaq.

Daha sonra çıxış edən müəllimlər layihənin əhəmiyyətindən söz açıblar. Onlar layihənin uğurlu icrasına əminliklərini ifadə ediblər.