Biləsuvar məktəbliləri ABŞ-də ölkəmizin elmi potensialını nümayiş etdirirlər

13 May, 2025 - 16:03

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin X sinif şagirdləri Quluzadə Gülay və Əlizadə Leyla ölkəmizi ABŞ-də keçirilən dünyanın ən nüfuzlu elmi yarışlarından biri olan “Regeneron ISEF” – Beynəlxalq Elm və Mühəndislik Sərgisində (International Science and Engineering Fair) uğurla təmsil edirlər.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu şagirdlər “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsində Tibb və sağlamlıq nominasiyası üzrə I yerə layiq görülərək qızıl medal qazanıblar. Məhz bu uğur onlara dünya səviyyəli elmi platformada iştirak imkanı qazandırıb.

Qeyd edək ki, ABŞ-də keçirilən bu beynəlxalq sərgi dünyanın 70-dən çox ölkəsindən yüzlərlə şagirdin iştirak etdiyi mötəbər tədbirdir. Burada təqdim olunan layihələr yüksək elmi dəyərləndirmə meyarları ilə qiymətləndirilir.