Biləsuvarda 29 müəssisədə “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi tətbiq olunur
Biləsuvar rayonunda “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin tətbiqi ilə bağlı statistika məlum olub.
Şirvan-Salyan Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Biləsuvar rayonu üzrə 2018–2019-cu tədris ilindən etibarən həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi 3–5 yaşlı uşaqlar üçün nəzərdə tutulub və ümumi təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərir.
Hazırda layihə Biləsuvar rayonu üzrə 29 müəssisədə tətbiq olunur. Bu müəssisələr üzrə 44 qrupda 690 nəfər uşaq layihəyə cəlb edilib.
Qeyd edək ki, layihənin əsas məqsədi məktəbəqədər təhsilə çıxışı artırmaq, uşaqların məktəbə daha hazırlıqlı başlamasını təmin etmək, uzaq kəndlərdə təhsil imkanlarını bərabərləşdirmək, eləcə də icma–məktəb əməkdaşlığını gücləndirməkdir.



