Bu gün "AzEdu.az" təhsil portalının 7 yaşı tamam olur
2018-ci ilin 1 mart tarixindən fəaliyyətə başlayan "AzEdu.az" ötən illər ərzində ölkədə və dünyada baş verən ən vacib təhsil hadisələrini jurnalistikanın etik və şəffaflıq prinsiplərinə əsaslanaraq oxuculara çatdırıb.
Elm və təhsil sahəsindəki problemləri və perspektivləri əks etdirən gündəlik materiallarla yanaşı, portalda eksklüziv rubrika yazıları, müsahibələr, reportajlar və araşdırmalar da təqdim olunur.
"Azərbaycan müəllimi" qəzeti olaraq həmkarlarımızı təbrik edir. Fəaliyyətlərində uğurlar arzulayırıq.



