Bu il 14 yeni bağça tikilib, 5-i əsaslı təmir olunub

28 Dekabr, 2024 - 10:26
Bu il 14 yeni bağça tikilib, 5-i əsaslı təmir olunub
Bu il 14 yeni bağça tikilib, 5-i əsaslı təmir olunub

2023-2024-cü tədris ilində yeni tikilən 14 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.

Bu barədə “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari il ərzində 5 məktəbəqədər təhsil müəssisəsi isə əsaslı təmir olunub.

Hazırda ölkə üzrə 1676 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.