Bu il 215 əcnəbi NDU-nun məzunu olacaq

14 May, 2025 - 16:00
Bu il 215 əcnəbi NDU-nun məzunu olacaq
Bu il 215 əcnəbi NDU-nun məzunu olacaq

2024-2025-ci tədris ilində Naxçıvan Dövlət Universitetini (NDU) 215 əcnəbi tələbə bitirəcək.

Universitetin mətbuat xidmətindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bu ali məktəbdə təhsilin bütün səviyyələri üzrə müxtəlif ixtisaslarda 1721 nəfər əcnəbi tələbə oxuyur. Tələbələr, əsasən, Türkiyə, İran, Rusiya, Gürcüstan, Özbəkistan, Pakistan, Banqladeş, Hindistan, Ruanda, Tanzaniya, Nigeriya, Mərakeş, Fələstin, Cənubi Koreyadandır.

Cari tədris ilində ilk dəfə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” qaydalarına uyğun olaraq universitetin birinci kursuna (tədrisi ingilis dilində olan tibb ixtisasına)  3 nəfər əcnəbi vətəndaş qəbul edilib.