Bu il Naxçıvanda “Qərbi Azərbaycana Qayıdış” festival-konqresi keçiriləcək

30 Yanvar, 2026 - 16:22
Bu il Naxçıvanda “Qərbi Azərbaycana Qayıdış” festival-konqresi keçiriləcək

“Ötən illərdə Naxçıvanda "Qərbi Azərbaycana Qayıdış" festival-konqresləri keçirilib. Tədbirə böyük maraq var. Bu baxımdan 2026-cı ildə də Qərbi Azərbaycana Qayıdış festival-konqres keçirilməsi planlaşdırılır”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri NDU-nun rektoru Elbrus İsayev media üçün keçirdiyi brifinqdə səsləndirib.

Rektor qeyd edib ki, hazırda festival-konqresin keçirilməsi ilə bağlı təşkilati məsələlər müzakirə olunur. Tədbir böyük ehtimalla Ordubadda keçiriləcək.