Bu imtahan hava şəraiti səbəbindən təxirə salındı

1 Mart, 2025 - 08:10
Bu imtahan hava şəraiti səbəbindən təxirə salındı

Martın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II mərhələsi (test imtahanı) paytaxtda müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

İdarədən “Azərbaycan müəllimi”nə verilən xəbərə görə, imtahanın keçiriləcəyi yeni tarixlə bağlı əlavə məlumat veriləcək.

Qeyd edilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsinin təxirə salınması ilə bağlı namizədlərin qeydiyyatdan keçdiyi mobil telefon nömrəsinə SMS göndərilib.

Bu imtahan hava şəraiti səbəbindən təxirə salındı
Bu imtahan hava şəraiti səbəbindən təxirə salındı