Bu instituta icraçı direktor təyin olunub

22 Yanvar, 2026 - 12:57
Bu instituta icraçı direktor təyin olunub

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru vəzifəsinə təyinat olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, yanvarın 19-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifəyə Famil Vəli oğlu Rüstəmov təyin edilib.

F.Rüstəmov son təyinata qədər İqtisadiyyat İnstitutunun Aqrar sektorun iqtisadi problemləri şöbəsinin müdiri vəzifəsində çalışıb.