Bu universitet vakansiya elan edir
Bakı Mühəndislik Universiteti (BMU) müxtəlif kafedralar üzrə professor-müəllim heyətinin formalaşdırılması məqsədilə müsabiqə elan edir.
Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, vakant yerlər aşağıdakı kafedralar və vəzifələr üzrə bölüşdürülüb:
Kimya mühəndisliyi kafedrası: dosent – 1 yer (0,5 ştat)
Qida və biotexnologiya kafedrası: dosent – 3 yer (1,0 ştat)
İqtisadiyyat kafedrası: dosent – 1 yer (1,0 ştat)
Sənaye mühəndisliyi: dosent – 1 yer (0,5 ştat)
Kibertəhlükəsizlik və kompüter mühəndisliyi kafedrası: baş müəllim – 1 yer (0,5 ştat).
Müraciət qaydaları və müddət:
Müsabiqədə iştirak etmək istəyən namizədlər sənədlərini elan dərc olunduğu gündən etibarən 1 ay müddətində təqdim etməlidirlər. Seçimlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq Əsasnaməsinə uyğun aparılacaq.
Tələb olunan sənədlər:
Kadrlar uçotunun şəxsi vərəqəsi və tərcümeyi-hal;
Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
Elmi və elmi-metodiki işlərin siyahısı;
Kafedra müdiri və fakültə dekanı vəzifəsinə iddialılar üçün struktur bölmənin inkişafı ilə bağlı platforma.
Sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə BMU-nun Xırdalan şəhəri, H.Əliyev küçəsi 120 ünvanında yerləşən əsas binasına təqdim olunmalıdır.
Əlaqə üçün:
📞 Tel: +994(012) 349-99-66/67 (Daxili: 1113, 1115, 1117, 1155, 1504)
📧 E-mail: info@beu.edu.az
🌐 Sayt: www.beu.edu.az



