Bu universitetdə rekord göstərici qeydə alınıb

25 Avqust, 2025 - 09:30
Bu universitetdə rekord göstərici qeydə alınıb
Bu universitetdə rekord göstərici qeydə alınıb

III qrup üzrə son dövrlərdə daha çox üstünlük verilən “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə ən yüksək keçid balına malik universitetlərin siyahısına 609.3 balla Naxçıvan Dövlət Universiteti liderlik edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, ardınca isə Dövlət İdarəçilik Akademiyası 609.1 bal, Bakı Dövlət Universiteti 609 bal, ADA Universiteti 604 bal ilə ön sıralarda yer alıb.

Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında IV qrup üzrə 600-dən yuxarı bal toplamış 130 abituriyentin seçimi də Naxçıvan Dövlət Universiteti olub.

Belə ki, “Tibb” (tədrisi ingilis dilində) ixtisası üzrə keçid balı 607 olub. Bundan başqa, “Tibb” ixtisasında minimal keçid balı 604.100, “Stomatologiya” ixtisasında isə 600.400 bal təşkil edib. 

Nəticədə plan yerləri 100 faiz dolaraq, universitet tarixində rekord göstərici qeydə alınıb.