Buraxılış imtahanında iştirak etmiş 30 nəfərin balı aşağı salınıb
Buraxılış imtahanlarında iştirak etmiş 30 abituriyentin yazı işinə verilən bal Apellyasiya Komissiyasının qərarı ilə endirilib.
Bu barədə “Azərbaycan müəllimi”nə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 2 mart imtahanı üzrə 22, 9 mart imtahanı üzrə isə 8 yazı işinə verilən bal ekspertlərin rəyi ilə aşağı salınıb.



