Çin yüksək performanslı insanabənzər robotunu təqdim etdi

21 May, 2026 - 12:45
Çin yüksək performanslı insanabənzər robotunu təqdim etdi

Çinin “Horizon Robotics” şirkəti humanoid robotların real vaxt rejimində daha çevik idarə olunması üçün “HoloMotion-1” adlı açıq mənbəli süni intellekt modeli təqdim edib.

“Azərbaycan müəllimi” xarici KİV-ə istinadən xəbər verir ki, model saniyədə 300 kadr sürətlə işləyə bilir və bulud sistemindən asılı olmadan birbaşa robotun daxili kompüterində fəaliyyət göstərir.

4 milyard parametrə malik “HoloMotion-1” insan hərəkətlərini təqlid etmək və robotların mürəkkəb hərəkətləri daha sabit yerinə yetirməsini təmin etmək üçün hazırlanıb.

Model “Unitree G1” humanoid robotu üzərində sınaqdan keçirilib və əlavə təlim olmadan rəqs, sürünmə, oturma və döyüş hərəkətlərinə bənzər tapşırıqları icra edib.

“Horizon Robotics” bildirir ki, bu texnologiya humanoid robotların gələcəkdə müxtəlif komandaları yerinə yetirməsi və real mühitə daha yaxşı uyğunlaşması üçün əsas platforma rolunu oynayacaq.