Devid Qodfrey: Biz başqalarını müşahidə edərək öyrənirik
“Professor Judy Sebba və onun Böyük Britaniyadakı həmkarları "yaxşı təcrübənin ötürülməsi" mövzusunda araşdırma apararkən əvvəlcə düşünürdülər ki, ekspertlər və daha təcrübəli müəllimlər bu bilik və bacarıqları digər məktəblərə ötürə bilərlər”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri London Universitet Kollecinin təhsil liderliyi və idarəedilməsi üzrə dosenti Devid Qodfrey bu gün keçirilən “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktik beynəlxalq konfransda məruzə ilə çıxış edərkən səsləndirib.
Onun sözlərinə görə, araşdırmanın nəticələri göstərdi ki, bilik təktərəfli ötürülmür, əksinə ikitərəfli bir prosesdir:
“Sadəcə olaraq başqa birinin işini müşahidə etmək sizi də öyrədir. Sosial öyrənmə və psixologiya da bu prosesi dəstəkləyir. Biz başqalarını müşahidə edərək öyrənirik. Buradakı əsas bənzətmə birlikdə daha dərinə qazmaqdır. Əgər “Birgə təcrübə inkişafı” (Joint Practice Development – JPD) modelinin mahiyyətini bir cümlədə ifadə etmək lazım olsa, bu, belə səslənərdi: "Birlikdə qazmaq, birlikdə öyrənmək”.


