Dövlət dəstəyi ilə özəl bağçalara gedəcək uşaqların sayı 10 minə çatdırılacaq
“Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi üçün tətbiq edilən modellərdən biri özəl məktəbəqədər təhsil potensialından istifadə etməklə ailələrin həmin xidmətlərə çıxışını dövlət dəstəyi hesabına genişləndirməkdir”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, ötən il model təxminən 4 min uşağı əhatə edirdisə, cari ildə əhatənin 10 min uşağa çatdırılması nəzərdə tutulur:
“Beləliklə, məktəbəqədər təhsilin əhatəsini yalnız yeni bağça tikməklə deyil, mövcud dövlət infrastrukturu, məktəbəhazırlıq qrupları, icma modeli və dövlət–özəl əməkdaşlığı vasitəsilə birlikdə genişləndiririk. Bu dinamika ilə ilin sonuna müəyyən edilmiş 50 faizlik əhatə hədəfinə çatmağa çox yaxınıq”.




