EATDA ilə "Times Higher Education" arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

30 Sentyabr, 2026 - 15:30
EATDA ilə "Times Higher Education" arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Times Higher Education” (THE) təşkilatının Böyük Britaniya və Avropa üzrə kommersiya direktoru Lachyn Italmazova ilə görüşüb.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı 30 sentyabr tarixində açıqlanmış “Times Higher Education World University Rankings 2027” reytinqinin nəticələri müzakirə edilib. Xüsusilə Azərbaycan ali təhsil müəssisələrinin reytinqdəki mövqeləri, ayrı-ayrı göstəricilər üzrə nəticələri və ötən illə müqayisədə müşahidə olunan dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqelərinin daha da gücləndirilməsi məqsədilə tədrisin keyfiyyəti, tədqiqat mühiti, beynəlxalq əməkdaşlıq, elmi nəticələrin əlçatanlığı, eləcə də sənaye ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülə biləcək işləri müzakirə ediblər.

Görüşdə, həmçinin EATDA ilə “Times Higher Education” arasında mövcud əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib, Azərbaycan ali təhsil müəssisələrinin institusional inkişafına və beynəlxalq rəqabətqabiliyyətliliyinin artırılmasına xidmət edə biləcək birgə təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

Daha sonra Lachyn Italmazovanın “Times Higher Education World University Rankings 2027” reytinqində təmsil olunan Azərbaycan ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub. 

EATDA ilə "Times Higher Education" arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
EATDA ilə "Times Higher Education" arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub