“Ədibin Evi” növbəti hekayə müsabiqəsinə start verir

1 Noyabr, 2026 - 21:40
“Ədibin Evi” növbəti hekayə müsabiqəsinə start verir

Bu gündən (1 noyabr, 2026) etibarən “Ədibin Evi” Mir Cəlal adına VI Hekayə Müsabiqəsini elan edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, 1 mart 2027-ci ilədək davam edəcək müsabiqə həm peşəkar, həm də həvəskar yazarlara açıqdır.

Mir Cəlal adına hekayə müsabiqəsinin şərtləri dəyişməz qalır:

Təqdim edilən hekayələr Azərbaycan dilində yazılmalı, həcmi 1500 (min beş yüz) sözdən çox olmamalı, yeni olmalı-əvvələr çap və ya elektron şəkildə yayılmamalı, süni intellektdən (Sİ) istifadə edilmədən yazılmalı, müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə 2027-ci il martın 1-dək elektron şəkildə edibinevi@gmail.com ünvanına göndərilməlidir.

Hekayə mövzusu sərbəstdir. 

Müsabiqəyə yekun 2027-ci ilin aprelin sonunda vurulacaq. 

1-ci yer üçün 3000 AZN

2-ci yer üçün (2 nəfər) 2000 AZN

3-cü yer üçün (3 nəfər) 1000 manat AZN

nəzərdə tutulub.

Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olur.