"Elektronika ustası" ixtisasının tanınması üzrə sənəd qəbulu başlayır

20 Oktyabr, 2026 - 14:44
"Elektronika ustası" ixtisasının tanınması üzrə sənəd qəbulu başlayır

"Elektronika ustası"  peşə ixtisasının qiymətləndirilməsi və tanınması üzrə sənəd qəbulu elan olunur.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, agentlik "Elektronika ustası"  peşə ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

Qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi 2 mərhələdən ibarətdir: Nəzəri imtahan və praktiki imtahan

Hər iki mərhələdə uğur qazanan şəxslər yekunda peşə sənədi əldə edirlər.
Məqsəd vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdir.

İmtahanlarda iştirak etmək üçün qeydiyyat davam edir.

Əlaqə: (+99450) 443-77-89