Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru vətəndaşları qəbul edib

25 Sentyabr, 2026 - 09:28
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru vətəndaşları qəbul edib

Sentyabrın 24-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova tərəfindən vətəndaş qəbulu keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, qəbul zamanı vətəndaşlar təhsil müəssisəsinə bərpa olunma, işlə təmin olunma, tələbə yerdəyişməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların müraciətləri, eləcə də təklif və şikayətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq izahatlar verilib. Həlli əlavə araşdırma tələb edən müraciətlər üzrə aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində vətəndaş qəbulu həftəiçi beş gün, saat 09:00-dan 18:00-dək həyata keçirilir. Rəhbər vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəsi ilə iş günləri və iş saatları ərzində əlaqə saxlamaq mümkündür.