Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

7 Oktyabr, 2026 - 09:29
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Oktyabrın 6-da elm və təhsil naziri Emin Əmrullayev Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi xanım Dima Əl-Yəhyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı ölkəmizin bu il Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv olmasından sonra Elm və Təhsil Nazirliyi ilə təşkilat arasında qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub. Eyni zamanda, təhsildə rəqəmsal transformasiya, innovasiya və startap ekosisteminin inkişafı sahələrində, eləcə də SABAH.city ilə birgə mümkün ortaq təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb