Elm və təhsil naziri Yardımlıda vətəndaşları qəbul edəcək

27 Avqust, 2026 - 16:00
Elm və təhsil naziri Yardımlıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 18-də Yardımlı şəhərində vətəndaşları qəbul edəcək. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, qəbulda Yardımlı, Masallı və Cəlilabad sakinləri iştirak edə bilərlər.  
 
Adları çəkilən şəhər və rayonların sakinləri 8 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.