Elm və Təhsil Nazirliyi yanında İctimai Şura Hədəf Liseyi Stars kampusunda olub

6 Noyabr, 2025 - 10:12

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə, katib Günay Əkbərova Hədəf Liseyi Stars kampusunu ziyarət ediblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı qonaqlara məktəbin innovativ tədris modeli – Bilingual (iki dilli) sistem, STEAM inteqrasiyası və Beynəlxalq Bakalavriat (IB) yanaşması barədə məlumat verilib. Qonaqlar Azərbaycanda ilk dəfə fəaliyyət göstərən Kamil İnteraktiv Elm Muzeyi, eləcə də robot müəllim, STEAM və süni intellekt laboratoriyaları ilə tanış olublar.

Hədəf Liseyi Stars kampusu yalnız bilik ötürən deyil, həm də şagirdin yaradıcılığını, tədqiqat bacarığını və düşünmə mədəniyyətini inkişaf etdirən müasir təhsil mühitidir.

Sonda İctimai Şura üzvləri məktəbin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirərək, gələcəkdə birgə layihələr və təhsil təşəbbüsləri üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.