Elm və Təhsil Nazirliyinə 22 mindən çox vətəndaş müraciəti daxil olub

2 Fevral, 2026 - 16:31
Elm və Təhsil Nazirliyinə 22 mindən çox vətəndaş müraciəti daxil olub

Yanvarın 16-dan 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 22 530 vətəndaş müraciəti daxil olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, müraciətlərin 4 889-u elektron, 922-i yazılı qaydada, 14 360-ı isə çağrı mərkəzləri vasitəsilə yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 359 müraciət qeydə alınıb.
 
Müraciətlər olimpiadalar və müsabiqələr, “Rəqəmsal məktəb”, xarici diplomların təsdiqi, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat və digər məsələlərlə bağlı olub