Nazir: Əsas məsələ süni intellektdən istifadə etmək deyil, necə istifadə etməkdir
“Növbəti tədris ilində süni intellektlə bağlı işlərimizi genişləndirəcəyik”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
Nazir bildirib ki, süni intellektdən istifadə qaçılmazdır: “Burada əsas məsələ istifadə etmək deyil, necə istifadə etməkdir”.




