“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində YTP-də görüş keçirilib

18 İyun, 2025 - 10:00
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində YTP-də görüş keçirilib

Elm və Təhsil Nazirliyinin "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə Yüksək Texnologiyalar Parkında (YTP) görüş keçirilib. Görüşdə Yüksək Texnologiyalar Parkının rəhbərliyi və inzibati heyəti iştirak edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşün əsas məqsədi YTP-nin fəaliyyət modeli ilə tanış olmaq, elm və təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək və innovasiya ekosistemində ali təhsil və tədqiqat institutlarının daha fəal iştirakına dəstək vermək olub.

Görüş zamanı YTP-nin innovasiya və texnologiya yönümlü fəaliyyəti, elmi tədqiqatların kommersiyalaşdırılması, startaplara dəstək və texnologiya transferi sahəsində görüləcək işlər barədə məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. 

Görüş iştirakçıları sözügedən layihə çərçivəsində keçirilən bu formatlı görüşlərin qarşılıqlı əməkdaşlığa və texnologiya yönümlü potensialın birgə inkişafına töhfə verəcəyini vurğulayıblar. 

Görüş çərçivəsində nazirliyin əməkdaşları YTP-nin ümumi ərazisi, infrastrukturu və müasir laboratoriya imkanları ilə də yerində tanış olub, innovasiya fəaliyyətinin təşkili və texniki təminatı barədə ətraflı məlumat alıblar.