Elmə ayrılan vəsait 36 faiz artırılır
“2026-cı ilin dövlət büdcəsi layihəsində elm xərcləri üçün 228 milyon manat vəsaitin ayrılacağı proqnozlaşdırılır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O əlavə edib ki, bu da 2022-ci il ilə müqayisədə 61 milyon manat və ya 36 faiz artım deməkdir.
-
RəşidKeçən ilki büdcədə elm xərcləri 239 milyon manat olub, yəni elm xərcləri artmayıb, azalıb. Müqayisə edilən 2022-ci ildə isə elm xərcləri 205 milyon manat olub, yəni 4 il əvvəlki ilə də müqayisədə artım 36 faiz yox, cəmi 11 faiz olub.1 ay əvvəlCavablaLike (0)


