Genetik Ehtiyatlar İnstitutunun yeni icraçı direktoru kimdir?

12 Noyabr, 2026 - 14:43
Genetik Ehtiyatlar İnstitutunun yeni icraçı direktoru kimdir?

Xəzər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək həvalə olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, Nigar Kərimova 2011–2015-ci illərdə Bakı Dövlət Universitetində biologiya üzrə bakalavr, 2015–2016-cı illərdə isə Birləşmiş Krallığın Aberdin Universitetində genetika üzrə magistr təhsili alıb. 2023-cü ildə “Azərbaycanda xroniki mieloid leykozlu xəstələrdə genetik variasiyaların molekulyar identifikasiyası” mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2016–2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda elmi fəaliyyətlə məşğul olub, həmçinin Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərilib. 2019–2020-ci illərdə Türkiyənin Ege Universitetində elmi tədqiqatlarını davam etdirib, 2024–2025-ci illərdə isə İzmir Tınaztepe Universitetinin Özəl Galen Xəstəxanasında molekulyar bioloq kimi çalışıb.

Elmi fəaliyyətinin əsas istiqamətlərini molekulyar genetika, genetik polimorfizmlər, onkogenetika və fərdiləşdirilmiş tibb təşkil edir. 15 məqalə və 3 konfrans tezisi daxil olmaqla 18 elmi əsərin müəllifi və həmmüəllifidir.