Elmi-tədqiqat layihələri üçün 300 000 manatlıq müsabiqə ELAN EDİLİR

19 Fevral, 2026 - 15:51
Elmi-tədqiqat layihələri üçün 300 000 manatlıq müsabiqə

Azərbaycan Elm Fondu fundamental və tətbiqi elmi-tədqiqat layihələri üçün müsabiqə elan edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqədə 3-5 nəfərlik elmi yaradıcı kollektivlər üçün 300 000 manatadək maliyyələşmə nəzərdə tutulur.

Layihə müddəti: maksimum 2 il
Son müraciət tarixi: 9 aprel 2026-cı il, saat 18:00
Çap sənədlərinin qəbulu: 10 aprel 2026-cı il, saat 17:00-dək

Layihələr yalnız e-QRANT sistemi vasitəsilə təqdim olunur.

Texniki problemlərlə qarşılaşmamaq üçün təqdimatı son günlərə saxlamamağınız tövsiyə olunur.

Ətraflı məlumat: www.aef.gov.az
info@elmfondu.az
(012) 504-27-56