Elxan Nəcəfov: Naxçıvan PISA qiymətləndirməsində regionlar arasında uğurlu nəticə göstərib

14 Sentyabr, 2026 - 12:38
Elxan Nəcəfov: Naxçıvan PISA qiymətləndirməsində regionlar arasında uğurlu nəticə göstərib

“Ötən tədris ilində Naxçıvan Muxtar Respublikası beynəlxalq PISA qiymətləndirmə prosesinə cəlb olunub və oradakı nəticələr hazırda təhlil edilir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Təhsil TV-yə müsahibəsində deyib.  

Nazir qeyd edib ki, ilkin təhlillər Naxçıvan Muxtar Respublikasının PISA tədqiqatında regionlar arasında uğurlu nəticələr göstərdiyini deməyə əsas verir.

“Qeyd edə bilərəm ki, Naxçıvan Muxtar Respublikasının göstəriciləri PISA tədqiqatında regionlar arasında uğurlu yerdədir. İlkin təhlillər göstərir ki, üçüncü, dördüncü yerlər olmaqla uğurlu nəticələr müşahidə edilir”.

Təhsil naziri digər müsabiqələrdə, o cümlədən fənn olimpiadalarında da Naxçıvan şagirdlərinin nəticələrinin yüksəldiyini vurğulayıb: 

“Digər müsabiqələrdə, o cümlədən fənn olimpiadalarında da Muxtar Respublikanın nəticələri 100 faiz artımla qeydə alınıb. Müsabiqələrdə də şagirdlərimizin uğurları olub. İlk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında 14 medal qazanılıb.Beləliklə, şagird nailiyyətləri baxımından uğurlu nəticələr əldə olunub”.