Əməkdar elm xadimi məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb
30 aprel tarixində Şəmkir rayonunda yerləşən Bəhlul Rüstəmov adına Dəllər Cəyir tam orta məktəbində görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, məktəbin məzunu, Böyük Britaniyanın York Universitetinin professoru, Əməkdar elm xadimi Qərib Mürşüdov şagird və müəllim heyəti ilə bir araya gəlib.
Görüş zamanı alim şagirdlərlə maraqlı söhbət apararaq öz təcrübəsini bölüşüb.



