Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
2026/2027-ci tədris ilində yeni qəbul olunmuş tələbələr arasında təhsil tələbə kreditindən (TTK) ən çox yararlanan 10 ali təhsil müəssisəsi üzrə göstəricilər açıqlanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, 3 avqust - 24 sentyabr 2026-cı il tarixlərini əhatə edən məlumatlara əsasən, TTK-dan ən çox yararlanan tələbələrin sayı Azərbaycan Dövlət İqtisad Universitetində 452 nəfər olub.
Sonrakı yerlərdə Bakı Slavyan Universiteti (290 nəfər), Bakı Dövlət Universiteti (289 nəfər), Azərbaycan İdman Akademiyası (277 nəfər), Bakı Avrasiya Universiteti (275 nəfər), Azərbaycan Texniki Universiteti (220 nəfər), Azərbaycan Dövlət Pedaqoji Universiteti (218 nəfər), Azərbaycan Dillər Universiteti (204 nəfər), Azərbaycan Universiteti (204 nəfər) və Azərbaycan Memarlıq və İnşaat Universiteti (196 nəfər) qərarlaşıb.
Qeyd edək ki, TTK üzrə 2026/2027-ci tədris ilinin payız semestri üçün müraciətlər 3 avqust 2026-cı ildən qəbul edilir.




