Eşqi Bağırov: Hazırda əsas hədəfimiz uşaqların azı 1 il məktəbəqədər təhsilə cəlbini təmin etməkdir
“Hazırda əsas hədəfimiz məktəbəqədər yaşlı uşaqların heç olmasa 1 ilinin bu təhsil xidmətlərindən yararlanmasına nail olmaqdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən Gənc tərbiyəçi-müəllimlər üçün təhsil forumunda deyib.
Onun sözlərinə görə, özəl tərəfdaşların da bu sahəyə cəlbi olduqca vacibdir.
Agentlik direktoru əlavə edib ki, icma əsaslı məktəbəqədər təhsilin inkişafı ilə hədəfləri çərçivəsində 20 minə yaxın uşaq icma əsaslı məktəbəqədər təhsilə cəlb edilib.
O, 2017-ci ildən ölkədə məktəbəhazırlıq qruplarının da fəaliyyət göstərdiyini xatırladıb.



