Firudin Qurbanov : Qadın tədqiqatçıların sayı dünyanın orta göstəricisindən yüksəkdir

5 Mart, 2026 - 09:38
Firudin Qurbanov : Qadın tədqiqatçıların sayı dünyanın orta göstəricisindən yüksəkdir

Qadınlar professor-müəllim heyətinin 64,5%-ni təşkil etsə də, rəhbər vəzifələrin 43, dekan və prorektor vəzifələrinin isə yalnız 31,5%-ni tuturlar.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov parlamentdə “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Nazir müavini əlavə edib ki, orta ixtisas təhsili müəssisələrində vəziyyət yaxşıdır, müəllim heyətinin 81,2%, rəhbər vəzifələrin 63.9%-ni qadınlar tutur. 2025-ci il məlumatlarına görə, elmi təşkilatlarda qadın tədqiqatçılar 50,2% təşkil edir ki, bu da dünya orta göstəricisindən (41%) yüksəkdir. Lakin qadınlar daha az rəhbər vəzifələr tuturlar:

“Ümumi orta təhsil müəssisələrində qadınlar 54.5% təşkil edir, bu göstərici 2021-ci ildə 49.3% olub. Bu, müsbət tendensiyanı göstərir. 2025-ci ildə ümumi orta təhsil müəssisələrinə 165 nəfər direktor, 282 nəfər direktor müavini təyin edilib”.