Firuz Səxavət: Tələbələrin təhsilə və sənətə marağı gündən-günə artır

17 İyun, 2026 - 14:17
Firuz Səxavət: Tələbələrin təhsilə və sənətə marağı gündən-günə artır

Qarabağda böyüyən gənclərin səs tembri və ifa xüsusiyyətləri fərqli formalaşacaq. Bu mühitin ab-havası onların yaradıcılığına özünəməxsus rəng qatacaq. Qarabağ Universitetinin gələcəyini çox parlaq görürəm və onun ölkəmizin aparıcı ali təhsil müəssisələrindən birinə çevriləcəyinə inanıram.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetində incəsənət fakültəsinin müəllimi, Əməkdar artist Firuz Səxavət söyləyib.

Qarabağ Universitetinin ilk müəllimləri sırasında olduğu üçün özünü şanslı hesab edən həmsöhbətim deyib: “Qarabağ xalqımızın 30 illik həsrətinin ünvanıdır. Universitetin ilk tələbələrini məhz biz qarşılamışıq və onların inkişaf yoluna şahidlik edirik. Tələbələrin təhsilə və sənətə marağı gündən-günə daha da artır”.