GDU-da “Yaşıl transformasiya təlim modulu”na start verilir

10 İyul, 2025 - 09:10
GDU-da “Yaşıl transformasiya təlim modulu”na start verilir
GDU-da “Yaşıl transformasiya təlim modulu”na start verilir

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Çanaqqala Onsəkkiz Mart Universitetinin birgə təşəbbüsü ilə Gəncə Dövlət Universitetində “Yaşıl transformasiya təlim modulu” adlı beynəlxalq layihəyə start verilir. 

"Azərbaycan müəllimi" xəbər verir ki, layihə mühəndislik, texniki və təbiət elmləri üzrə təhsil alan III-IV kurs bakalavr və magistr tələbələri üçün nəzərdə tutulub.

Layihə çərçivəsində tələbələr əvvəlcə 6 həftəlik onlayn təlim və imtahanda iştirak edəcək. Uğurlu nəticə göstərənlər GDU-da təşkil olunacaq 10 günlük praktik təlimlərə cəlb olunacaq. Final mərhələsində isə seçilmiş 5 tələbə Türkiyədə yerləşən Çanaqqala Texnoparkına səfər edəcək.

Proqramı uğurla tamamlayanlara “Yaşıl Yaka” titulu veriləcək və Çanaqqala Universitetində təqaüdlü magistr və doktorantura təhsili imkanı yaradılacaq.

Qeydiyyat linki və əlavə məlumat GDU-nun İnnovasiyalar departamentində (4-cü mərtəbə) əldə oluna bilər.