Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib

20 Avqust, 2026 - 11:35
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib

Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin direktoru Xudiyeva Xoşqədəm Vidadi qızı tutduğu vəzifədən azad edilib.

Kollecin direktoru vəzifəsinin icrası Nigar Səfxanovaya həvalə olunub. O bu təyinata qədər Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsini icra edib.