Gəncə məktəblisi sərbəst güləş üzrə qalib olub

28 Oktyabr, 2026 - 13:52
Gəncə məktəblisi sərbəst güləş üzrə qalib olub

Gəncə şəhər 23 nömrəli tam orta məktəbin IV sinif şagirdi Mehdi Qurbanov sərbəst güləş üzrə V kəmər turnirində birinci yeri tutub.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, Bakıda yeniyetmələr arasında keçirilən turnirdə iştirak edən Mehdi Qurbanov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 

Qeyd edək ki, gənc idmançı yarışa təcrübəli məşqçi Rauf Xəlilovun rəhbərliyi altında hazırlaşıb.